Səbəbi məlum olmayan qanazlığı
Qanazlığının bağırsaqdakı bir polipdən, xoradan, yoxsa bədxassəli törəmədən qaynaqlandığını aydınlaşdırmaq üçün müayinə aparılır.
Kolonoskopiya yoğun bağırsağın bütün şöbələrinin içəridən dəyərləndirilməsidir. Dr. Aqil Ağakişiyev müayinəni sedasiya altında aparır, lazım gələndə həmin prosedurda biopsiya alır və polipi çıxarır.
Kolonoskopiya ucunda video görüntü ala bilən, bükülə bilən rezin borudan ibarət fleksibl alətdir. Onun vasitəsilə yoğun bağırsaq içəridən dəyərləndirilir; göstəriş olduqda incə bağırsağın yoğun bağırsağa keçid hissəsi olan terminal ileuma da baxılır.
Bu gün kolonoskopiya daha çox diaqnostik məqsədlə aparılır, ancaq eyni alətlə bir sıra müalicəvi prosedurlar da icra olunur: bağırsaqda daralma olduqda stentin qoyulması, poliplərin götürülməsi, bağırsaq qanaxmalarının dayandırılması və hemoroid düyünlərinin bantlanması.
GÖSTƏRİŞLƏR
Qanazlığının bağırsaqdakı bir polipdən, xoradan, yoxsa bədxassəli törəmədən qaynaqlandığını aydınlaşdırmaq üçün müayinə aparılır.
Nəcisdə açıq və ya tünd rəngli qan görünəndə qanaxmanın mənbəyi kolonoskopiya ilə axtarılır.
Bağırsaqda polip şübhəsi olduqda müayinə həm diaqnoz qoyur, həm də polipi polipektomiya üsulu ilə tamamilə çıxarmağa imkan verir.
Tomoqrafiya və ya rentgendə ciddi bir xərçəng şübhəsi varsa, diaqnozun qoyulması və biopsiyanın alınması üçün kolonoskopiyadan istifadə olunur.
İltihabi bağırsaq xəstəliyi şübhəsi yarandıqda müayinə icra olunur. Diaqnoz qoyulduqdan sonra müalicənin nəticəsi — bağırsaqdakı xoraların sağalıb-sağalmadığı — yenə kolonoskopiya ilə izlənir.
Davam edən xroniki qəbizlik, xroniki ishal və səbəbi məlum olmayan qarın ağrıları da müayinə üçün göstərişdir.
Şikayət ciddi iltihabi bağırsaq xəstəliyinə oxşamadıqda əvvəlcə nəcis və qan analizləri istənilir; nəticə klinikaya uyğun gələrsə kolonoskopiya təyin edilir.
Xəstə xəstəxanaya müraciət etdikdən sonra endoskopiya otağına alınır. Müayinə sedasiya vasitəsilə aparılır: qoldan, venadaxili yatızdırıcı dərman verilir və xəstə prosedur boyunca yatmış olur. Prosedur 10-15 dəqiqə çəkir və tamamilə ağrısız formada icra olunur.
Alət yoğun bağırsağın bütün seqmentlərindən keçir — rektum, siqmoid kolon, enən kolon, splenik fleksura, transvers kolon, hepatik fleksura, çıxan kolon və çekum ayrı-ayrılıqda dəyərləndirilir. İçəridən xora, polip və ya bədxassəli törəmə görünərsə, həmin nahiyədən biopsiya alınır. Polip aşkarlanarsa, onu polipektomiya üsulu ilə elə həmin müayinə zamanı tamamilə çıxarmaq mümkündür.
Kolonoskopiyadan bir gün öncə həkimin təyin etdiyi bağırsaq təmizliyi aparılır. Ağızdan xüsusi bağırsaq boşaldıcı dərmanlar içilir, prosedura gəlməzdən əvvəl və ya həmin günün gecəsi imalə olunur. Bağırsaq müayinəyə qədər tamamilə təmizlənmiş olmalıdır.
Prosedur zamanı bağırsağa hava verildiyinə görə sonra yüngül şişkinlik və köp ola bilər; bu, bir neçə saat sonra keçir. Xəstə həmin gün adi iş fəaliyyətinə qayıda bilər, ancaq sedasiya olunduğu üçün 2-3 saat maşın idarə etməkdən uzaq durmalıdır.
Kron və ulserativ kolit iltihabi bağırsaq xəstəlikləridir: bağırsağın iltihablaşması çöldən keçən bakteriya və ya virusdan deyil, orqanizmin öz immun sistemi ilə bağlı yaranır. Kolonoskopiya bu iki xəstəliyi bir-birindən ayırmağa imkan verir.
Kron xəstəliyində xoralar qəpik formasında, dərin dabanlı, üzəri ağ ərpli və kənarları ödemli olur; xəstəlik ağız boşluğundan yoğun bağırsağa qədər həzm sisteminin istənilən seqmentini tuta bilər, ən çox isə incə bağırsağın yoğun bağırsağa keçid hissəsini tutur. Ulserativ kolitdə isə xoralar anal bölgədən yuxarıya doğru, aralarında millimetrik sağlam sahə qalmadan yayılır və əsasən yoğun bağırsağı tutur. Son ayırım kolonoskopiya zamanı alınan biopsiyanın nəticəsi ilə qoyulur.
Qıcıqlanmış bağırsaq sindromunda diaqnoz eyni şikayəti verə biləcək digər xəstəliklərin inkar edilməsi ilə qoyulur. Burada kolonoskopiya bağırsağın həqiqətən normal olduğuna əmin olmaq üçün lazımdır və nəcis ilə qan analizləri ilə birlikdə mütləq aparılır.
Məqalələr

Qastroenteroloq, hepatoloq və invaziv endoskopist
Dr. Aqil Ağakişiyev — Avropa Beynəlxalq Hospital, qastroenteroloq, hepatoloq və invaziv endoskopist. Həzm sistemi, qaraciyər, öd yolları və mədəaltı vəzi xəstəlikləri üzrə qəbul aparır.
Həkim haqqında ətraflıAvropa Beynəlxalq Hospital — Mikayıl Müşfiq 2A, Bakı.